"Polşa ilə münasibətlər pis vəziyyətdədir" - Rusiya səfiri

 "Polşa ilə münasibətlər pis vəziyyətdədir" -  Rusiya səfiri
  27 Aprel 2021    Oxunub:2585
Rusiya-Polşa münasibətləri İkinci Dünya müharibəsindən bəri ən pis səviyyədədir.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Polşadakı səfiri Sergey Andreyev deyib.

O bildirib ki, Rusiya-Polşa münasibətlərinin hazırkı vəziyyəti İkinci Dünya müharibəsindən sonra bütün dövrdə ən pis vəziyyətdir.

"Problem ondadır ki, Polşa tərəfi məqsədyönlü şəkildə əlaqələrimizin, əməkdaşlığımızın pozulmasına istiqamətlənmiş addımlar atır. Bundan təəssüflənirik, hesab edirik ki, normal münasibətlərdən imtina etmək məntiqsizdir. Lakin bundan xüsusilə narahat deyilik, sonunda idarə edəcəyik, biz artıq yeni reallıqlara öyrəşmişik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Polşa  





Xəbər lenti