Spiker saxta “erməni soyqırımı” iddialarını pislədi

 Spiker saxta “erməni soyqırımı” iddialarını pislədi
  27 Aprel 2021    Oxunub:2900
Xocalı faciəsi kimi soyqırıma göz yumanların müəyyən siyasi məqsədlər güdərək saxta “erməni soyqırımı” ifadəsi səsləndirməsi yalnız təəssüf doğurur.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

MM sədrinin sözlərinə görə, tarixi faktlar göstərir ki, Osmanlı imperiyasında ermənilərin məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil:

“Azərbaycan xalqı erməni şovinistləri tərəfindən dəfələrlə kütləvi qırğınlara məruz qalıb. 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qəddar formada soyqırımı həyata keçirilib. Bakıda, Şamaxıda və digər ərazilərdə 50 mindən artıq dinc soydaşımız vəhşicəsinə qətlə yetirilib”.

Spiker bildirib ki, Azərbaycan hər bir məsələdə olduğu kimi bu məsələdə də qardaş Türkiyənin yanıdadır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Milli-Məclis   Sahibə-Qafarova  





Xəbər lenti