"NATO qüvvələrinin Avropaya köçürülməsini yaxından izləyirik" - Şoyqu

 "NATO qüvvələrinin Avropaya köçürülməsini yaxından izləyirik" -  Şoyqu
  27 Aprel 2021    Oxunub:2657
Rusiya “Defender Europe” təlimləri çərçivəsində NATO qüvvələrinin Avropaya köçürülməsi və yerləşdirilməsini yaxından izləyir.
Azvision.az xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib.

"Qeyd edilən təlim çərçivəsində NATO qüvvələrinin Avropaya köçürülməsi və yerləşdirilməsinin gedişatını yaxından izləməyə davam edirik. Albaniyanın Durres limanına gələn ABŞ Milli Qvardiyası 29-cu diviziyasının 53-cü piyada briqadasının köçürülməsini müşahidə edirik. Onlarla birlikdə 750 ədəd hərbi texnika da var”, - Şoyqu Düşənbədə KTMT üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NATO   Şoyqu  





Xəbər lenti