Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək

   Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək
  27 Aprel 2021    Oxunub:3143
Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti