Putin Zelenski ilə görüşəcək? - Peskov açıqladı

Putin Zelenski ilə görüşəcək? -  Peskov açıqladı
  27 Aprel 2021    Oxunub:3600
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasındakı dialoq yalnız ikitərəfli münasibətlərdəki problemləri əhatə edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Danışmaq istəyi həmişə alqışlanmalıdır, bu birincisi. İkincisi, adminstrasiya rəhbərinin müavini Dmitri Kozak Ukrayna Prezidentinin administrasiyası ilə daim təmasdadır. Üçüncüsü, prezident təşəbbüsə münasibətini tamamilə açıq şəkildə bildirdi. Belə bir dialoqun yalnız ikitərəfli münasibətlərin problemlərinə aid ola biləcəyini dedi", - Peskov qeyd edib.

Peskov əlavə edib ki, dialoq Ukraynanın cənub-şərqindəki münaqişənin həll yolunu axtarmaq məqsədi əsasında həyata keçirilə bilməz:

"Rusiya bu münaqişənin tərəfi deyil. Moskva əmindir ki, həll üçün yeganə doğru addım yalnız Minsk tədbirləri paketinin müddəalarının həyata keçirilməsi və eyni zamanda iki tərəfin nümayəndələri və rəhbərləri ilə birbaşa dialoq qurulması ola bilər”, - Peskov vurğulayıb.

Onun sözlərinə görə, istənilən halda aydınlaşdırılmalı olan çox detal var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti