“Ağıllı kənd” çərçivəsində 200 ev tikiləcək

  “Ağıllı kənd” çərçivəsində 200 ev tikiləcək
  27 Aprel 2021    Oxunub:3755
“Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq”.

Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Zəngilandakı işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verərkən deyib.
Nazir bildirib ki, onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir:

“Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər”.





Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Zəngilan  





Xəbər lenti