Prezident Zəngilan sakininə söz verdi: “Mütləq gələcəyəm” - (VİDEO)

  Prezident Zəngilan sakininə söz verdi:    “Mütləq gələcəyəm” - (VİDEO)
  27 Aprel 2021    Oxunub:5547
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Azvision.az xəbər verir ki, ölkə başçısı səfər zaman Zəngilan rayonunun sakinləri ilə görüşüb.



Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.

Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.

Azvision.az


Teqlər: Prezident   Zəngilan  





Xəbər lenti