Vaksinasiya olunanların ümumi sayı açıqlandı

   Vaksinasiya olunanların ümumi sayı açıqlandı
  27 Aprel 2021    Oxunub:3831
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 583 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.

Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti