Türkiyə parlamenti Baydenin bəyanatını kəskin pislədi

Türkiyə parlamenti Baydenin bəyanatını kəskin pislədi
  27 Aprel 2021    Oxunub:3394
Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışını kəskin şəkildə pisləyib.
Azvision.az xəbər verir ki, TBMM bununla əlaqədar bəyanat qəbul edib.

“Türkiyə Böyük Millət Məclisi olaraq ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli çıxışında 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbisinin iddialarını ehtiva edən tezislərdən istifadə etməsini böyük təəssüf hissilə qarşılayır, bu əsassız böhtanı ən sərt şəkildə şəkildə qınayır və qəti olaraq rədd edirik”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bəyanatı hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkət Partiyası və İYİ Partiyanın millət vəkilləri imzalayıb.

Azvision.az


Teqlər: TBMM  





Xəbər lenti