Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

   Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub
  27 Aprel 2021    Oxunub:2205
Aprelin 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov   Lavrov  





Xəbər lenti