ÜST: Ötən sutka 657 mindən çox yoluxma olub

   ÜST:    Ötən sutka 657 mindən çox yoluxma olub
  28 Aprel 2021    Oxunub:1549
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 657 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutkada 657 510 nəfər koronavirusa yoluxub, 11 152 nəfər dünyasını dəyişib. İnfeksiyaya yoluxanların ümumi sayı 147 539 302, ölənlərin isə 3 116 444 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti