“Baydenin “soyqırım”la bağlı çıxışının hüquqi əsası yoxdur” - ABŞ səfiri

“Baydenin “soyqırım”la bağlı çıxışının hüquqi əsası yoxdur” -  ABŞ səfiri
  28 Aprel 2021    Oxunub:3712
ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ilə bağlı səsləndirdiyi fikirlərin hüquqi əsası yoxdur.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi qondarma soyqırımın "tanınması" barədə açıqlamasında deyib.

Diplomat bildirib ki, soyqırım cinayətləri konvensiyası 1951-ci ildə qəbul edilib: “Bu hadisə isə 1915-ci ildə baş verib. Və konvensiyanın hüquqi baxımdan geriyə qüvvəsi yoxdur”.

ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, səfir qeyd edib ki, Ankara NATO-da Birləşmiş Ştatların vacib müttəfiqidir.

Xatırladaq ki, C.Bayden 1915-ci il hadisələri ilə bağlı çıxışında "soyqırım" sözündən istifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Soyqırım  





Xəbər lenti