“Müharibənin necə nəticələnəcəyi məlum idi” - Arutyunyan
Azvision.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyan bildirib. Onun sözlərinə görə, Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı konsensusa gələ bilmədilər.
Ümumiyyətlə, məğlubiyyətin əsas səbəblərindən danışan Arutyunyan hesab edir ki, 1994-cü il may atəşkəsindən sonra Ermənistan və qondarma rejim rəhbərliyi dünya təcrübəsindən lazımi dərslər almadılar.
“Danışıqlarda üstünlük qazanan səlahiyyətlilər o zaman əlverişli qərarlarlar qəbul etmədilər. Başqa bir səhv isə 1992-ci ildə Ağdərə, Xocavənd, Hadrut, Əsgəranın bəzi kəndlərindən çıxan ermənilərin Dağlıq Qarabağda qalması üçün o zamankı hakimiyyətlərin heç nə etməməsidir. Nəticədə 50 mindən çox adam getdi".
Pərvanə Sultanova
Azvision.az