Bakıda 1107 avtobus kartla işləyir

   Bakıda 1107 avtobus kartla işləyir
  28 Aprel 2021    Oxunub:2388
2020-ci ildə 478 avtobus "Bakıkart" vasitəsilə fəaliyyət göstərib. Ümumilikdə nağdsız ödəmə sistemi 1107 avtobusda tətbiq olunur.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, gündəlik 600 minə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir.

"Nağdsız ödəmə sisteminin tətbiqi ilə avtobusun həm daxili, həm marşurut xətti üzrə idarəolunması, sərnişin daşımasına nəzarət baxımından vacibdir. Nağdsız idarəetmə nəticəsində pandemiya dönəmində hərəkət edən sərnişinlərin statistikasını Operativ Qərargaha təqdim etmişik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakıkart   BNA   Avtobus  





Xəbər lenti