Dayanacaqlar günəş enerjisi ilə işıqlandırılacaq

   Dayanacaqlar günəş enerjisi ilə işıqlandırılacaq
  28 Aprel 2021    Oxunub:2685
2020-ci ildə 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur.

"Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulur".

Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Dayanacaq  





Xəbər lenti