Rusiya heç vaxt “G8”ə qayıtmayacaq - Lavrov

 Rusiya heç vaxt “G8”ə qayıtmayacaq -  Lavrov
  28 Aprel 2021    Oxunub:1510
“Böyük səkkizlik” (G8) formatı dünəndə qaldı, Rusiya heç vaxt ora qayıtmayacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Dəfələrlə demişik ki, bir daha heç vaxt ora dönməyəcəyik. “Səkkizlik” artıq olmayacaq, bu, dünən idi”, - Lavrov əlavə edib.

2019-cu ilin sonunda Moskva bəyan edib ki, Rusiyanın “yeddilik qrupu”na qayıtmaq istəyi yoxdur. Xarici İşlər Nazirliyi Moskvanın G20 və BRICS daxil olmaqla digər formatlarda qarşılıqlı əlaqə variantlarını nəzərdən keçirdiyini qeyd edib.

“G8” formatı 1998-ci ildən 2014-cü ilə qədər mövcud idi, klub üzvləri Soçidə növbəti zirvəyə getməkdən imtina etdikdə və Krıma görə Brüsseldə Rusiyasız toplandıqdan sonra bu format “G7”yə endirildi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti