Hərbçilərimiz Türkiyədə komando kursunu uğurla bitirdi - FOTO

 Hərbçilərimiz Türkiyədə komando kursunu uğurla bitirdi -  FOTO
  28 Aprel 2021    Oxunub:4031
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İsparta şəhərində keçirilən komando təlim kursunu uğurla tamamlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Tvitterdə paylaşım edib.

“Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı 6 həftəlik kursu uğurla başa vurub. Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”, - açıqlamada vurğulanıb.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti