Moskvadan cavab: 4 ölkənin diplomatları Rusiyadan çıxarılır

  Moskvadan cavab:  4 ölkənin diplomatları Rusiyadan çıxarılır
  28 Aprel 2021    Oxunub:2408
Litva səfirliyinin iki, Slovakiyanın üç, habelə Latviya və Estoniyanın diplomatik nümayəndəliklərinin bir əməkdaşı həftə ərzində Rusiyanı tərk etməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Moskva bu ölkələrin nümayəndələrinə sərt etirazını ifadə edib.

Bundan əvvəl, Latviya Çexiya ilə həmrəylik əlaməti olaraq bir neçə Rusiya diplomatını "persona non qrata" elan edib. Bu cür qərar ABŞ, Bolqarıstan, Ukrayna, Polşa və Rumıniya tərəfindən də qəbul edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti