Çavuşoğlu Quterreşlə görüşdü - Kipr müzakirəsi

Çavuşoğlu Quterreşlə görüşdü -  Kipr müzakirəsi
  28 Aprel 2021    Oxunub:2916
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter” hesabında yazıb.

Məlumata görə, görüş Cenevrədə Kiprlə bağlı keçirilən “Qeyri-rəsmi 5+BMT” iclası çərçivəsində baş tutub.

XİN rəhbərinin sözlərinə görə, Kipr probleminin həlli iki tərəfin beynəlxalq səviyyədə bərabər statusu və suverenliyinə əsaslanmalıdır.

“Bütün bölgə üçün sülh və sabitlik ancaq adadakı iki dövlətin əməkdaşlığı ilə mümkün ola bilər”, - Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu   Kipr  





Xəbər lenti