“WhatsApp Pink” şəxsi məlumatları oğurlayır - Diqqətli olun!

“WhatsApp Pink” şəxsi məlumatları oğurlayır -  Diqqətli olun!
  28 Aprel 2021    Oxunub:3695
Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. “WhatsApp Pink” tam zərərli bir tətbiqdir. Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.
Azvision.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilib.

Məlumatda, həmçinin qeyd edilib ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.

Azvision.az


Teqlər: WhatsApp  





Xəbər lenti