"Freedom House": Ermənistanda ciddi geriləmələr baş verib

  "Freedom House":  Ermənistanda ciddi geriləmələr baş verib
  28 Aprel 2021    Oxunub:4261
Ermənistan demokratik göstəricilərə görə geriləyib.
Azvision.az xəbər verir ki, bu barədə məlumat "Freedom House"un hesabatında yer alıb.

Erməni KİV-ləri ölkənin geriləməsini hazırkı hakimiyyətin əməllərinin nəticəsi kimi qiymətləndiriblər:

"Demokratiya sahəsində Ermənistanda ciddi bir geriləmə qeydə alındı. "Freedom House" insan haqları təşkilatı 2021-ci il üçün hesabat yayımladı. Əvvəlki hesabatda "Freedom House" Ermənistanı inkişaf etmiş ölkə kimi təqdim etmişdi. Ancaq yeni hesabatda Ermənistanın 2020-ci ildəki mövqeyini itirdiyi deyilir.

"Freedom House" analitikləri "əslində, 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə olaraq Ermənistanda demokratik islahatlar prosesinin geri düşdüyünü söyləyirlər", - deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti