“Heç kim Ermənistana sərmayə qoymur” - Koçaryan

   “Heç kim Ermənistana sərmayə qoymur” -    Koçaryan
  29 Aprel 2021    Oxunub:4328
"Heç bir investor, sağlam düşüncəli insan Ermənistana sərmayə qoymur və qoymayacaq".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O, ölkəsində vəziyyətin acınacaqlı olduğu bildirib.

“Bank sistemini məhv etdilər. İş adamlarını təqib və təhdid etməyə başladılar. Yatırımlara son qoymaq üçün yalnız bir təklif kifayətdir. Baş nazir deyəndə ki, hər biznesmenə Milli Təhlükəsizlik Xidmətinin bir əməkdaşı təhkim olunacaq, bu, onu göstərir ki, investor psixologiyası barədə bilik sıfır səviyyəsindədir. Bu cür səfehliyi düşünmək belə çətindir", - deyə R.Koçaryan baş nazir Nikol Paşinyanın fəaliyyətini tənqid edib.

Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti