Xudayarla bağlı paylaşım edən gəncin döyülməsi araşdırılır - RƏSMİ

Xudayarla bağlı paylaşım edən gəncin döyülməsi araşdırılır -  RƏSMİ
  29 Aprel 2021    Oxunub:3525
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə fəalı Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntüləri araşdırır.

Azvision.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Şöbə rəisi qeyd edib ki, insidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən gün sosial şəbəkədə Fuad Rəsulzadə adlı şəxsin döyülməsini əks etdirən görüntülər yayılıb. Onun döyülməsinə səbəb bir müddət əvvəl şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti