“ABŞ Rusiya ilə eskalasiya istəmir” - Bayden

  29 Aprel 2021    Oxunub : 1525
“ABŞ Rusiya ilə eskalasiya istəmir” -  Bayden
ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Moskva ilə münasibətləri gərginləşdirməyə çalışmadığını bildirib.

Azvision.az xəbər verir ki, bu barədə Bayden ABŞ Konqresində çıxışı zamanı söyləyib.

"Rusiyaya gəldikdə, Prezident Putinə çox açıq şəkildə bildirdim ki, eskalasiya istəməsək də, onların hərəkətlərinin təsiri var”, - deyə ABŞ lideri əlavə edib.
Bununla yanaşı, Ağ Evin rəhbəri qeyd edib ki, hər iki ölkənin ortaq maraqlarına uyğun olduqda əməkdaşlıq edə bilərlər.

Qeyd edək ki, 15 apreldə Bayden Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan fərman imzalayıb. Bu sanksiyalar Amerikadakı seçkilərə Rusiyanın müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 təşkilat və 16 şəxsə tətbiq edilib.

Ertəsi gün Rusiya cavab tədbiri olaraq ABŞ səfirinə məsləhətləşmələr üçün Vaşinqtona getməyi tövsiyə edib. Bundan başqa, Moskva anti-Rusiya kursunun hazırlanması və həyata keçirilməsində iştirak edən səkkiz indiki və keçmiş Amerika yüksək rütbəli məmurunun ölkəyə girişini qadağan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Bayden   ABŞ