Rusiya MN: Kəlbəcərə 420 ton humanitar yük çatdırılıb

  Rusiya MN:  Kəlbəcərə 420 ton humanitar yük çatdırılıb
  29 Aprel 2021    Oxunub:1996
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 hərbi yük avtomobilindən ibarət 420 ton humanitar yükün çatdırılmasını təmin edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 20 hərbi KamAZ avtomobilindən ibarət 420 ton yük Rusiya sülhməramlı kontingentinin 15-ci kalonunun müşayəti ilə Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək Kəlbəcərə çatdırılıb.

Yük qida məhsulları, tikinti materialları və avadanlıqlardan ibarət olub. Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə indiyədək 15 beş avtomobil karvanı ilə 2800 tondan çox yük daşınıb.

Bildirilib ki, yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr (10 noyabr - red.) 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər   Rusiya   Müdafiə-Nazirliyi  





Xəbər lenti