“Ermənistanda cəmi 2690 nəfər peyvəndlənib, utancvericidir” - Paşinyan

 “Ermənistanda cəmi 2690 nəfər peyvəndlənib, utancvericidir” -  Paşinyan
  29 Aprel 2021    Oxunub:2346
Hazırda Ermənistanda yalnız 2690 nəfər peyvənd olunub. Bu, utancverici dərəcədə aşağı bir göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan bildirib ki, aydın olmayan səbəblərdən ölkədə peyvəndlənməyə qarşı hərəkat başlayıb. O, növbəti həftə ərzində Nazirlər Kabineti üzvlərini peyvənd olunmağa çağırıb.

Paşinyan, həmçinin əlavə edib ki, vaksinasiya olunmamaq təkcə sağlamlıq üçün deyil, həm də iqtisadiyyat üçün risklər yaradır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti