Blinkenin zəngindən çıxan iki əsas nəticə - Sahib Alıyevin şərhi

   Blinkenin zəngindən çıxan iki əsas nəticə -    Sahib Alıyevin şərhi
  29 Aprel 2021    Oxunub:3512
ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəngindən bir necə nəticə çıxarmağa mümkündür. Siyasi şərhçi, millət vəkili Sahib Alıyevin fikrincə, əsas iki məqama diqqət yetirilməlidir.
- Birincisi, bu zəngin Nikol Paşinyanla telefon danışığıyla (6 mart) paralel yox, Prezident Baydenin uydurma hay soyqırımını tanımasından sonra edilməsi o deməkdir ki, rəsmi Vaşinqtonu hərəkətə gətirən bununla bağlı Azərbaycanda bütün səviyyələrdə baş qaldıran haqlı narazılıqdır. ABŞ Azərbaycanın regiondakı rolunu düzgün qiymətləndirərək, heç də düzgün olmayan hərəkətindən qaynaqlanan bu narazılığın yumşaldılıması yönündə addımlar atmağa çalışır. Yəni bu telefon zəngi də mahiyyətcə Baydenin buraxdığı “tarixi səhv” öncəsi cənab Ərdoğana edilənin eynidir,- deyə o, bildirib.

İkinci məqama gəlincə, Sahib Alıyevin fikrincə, telefon danışığı zamanı Blinkenin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını vurğulaması o deməkdir ki, 44 günlük savaşın yaratdığı reallıq ürəyindən olmasa da, ABŞ bununla barışır.

Xarıtladaq ki, sözügedən düzəliş 1992-ci ildə “Dağlıq Qarabağın işğalı" və Ermənistana qarşı blokadaya görə tətbiq olunmuşdu.

- Bax, bu faktın özü də okeanın o tayındakıların beynəlxalq hüquqa yanaşmada nə qədər sayğısızcasına davrandıqlarının və bizə qarşı necə böyük ədalətsizlik etdiklərinin bir göstəricisidir. Torpağı işğal edilən bir ölkəni işğalda suçlandırırdılar fikir verirsinizmi? Nə isə, əgər ABŞ Prezidenti Vətən savaşından sonra “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa, demək, o, indiki Azərbaycan dövlətilə 1992-ci ildəkinin arasındakı fərqi yaxşı dərk edir, bizimlə əməkdaşlığı özləri üçün mühüm sayır və ona görə də, Qərbdəki bəzi çevrələrin növbəti “işğal” haray-həşirlərinə sadəcə çərənləmə kimi yanaşmağı üstün tutur, vəssalam,- deyə millət vəkili vurğulayıb.



Teqlər: Blinken   ABŞ  





Xəbər lenti