"Türkiyə Şimali Kiprin yanında olmağa davam edəcək" - Çavuşoğlu

 "Türkiyə Şimali Kiprin yanında olmağa davam edəcək" -  Çavuşoğlu
  29 Aprel 2021    Oxunub:2924
Türkiyə Şimali Kiprin yanında olmağa davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Cenevrədə Şimali Kiprin prezidenti Ersin Tatarla birgə keçirdiyi mətbuta konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, BMT-də Kiprlə bağlı keçirilən görüşün məqsədi ortaq müzakirə üçün yeni bir platforma axtarmaq idi:

“Suveren bərabərliyə əsaslanan həll yolundan bəhs etdik və KKTC-nin səylərini tam dəstəklədik. Yunan tərəfinin adanın bir tərəfli hakimi kimi davrandığını, yeni nizamın artıq iki dövlət arasında olmasının gərəkdiyini vurğuladıq. Xüsusi olaraq kiprli türklərin statusunun qeyri-müəyyən olaraq qalacağını da bildirdik. Cənubi Kipr prezidenti suveren bərabərliyə qarşı çıxdı. O, "bərabərlik verilsə, əməkdaşlıq funksiyası olmayacaq”, deyə təkrarladı. BMT Baş katibi Antonio Quterreşin təkliflərini də rədd etdi. Cənab Tatar və bizdən lazımi cavabları aldılar", - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirlib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti