"Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb" - Peskov

"Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb" -  Peskov
  29 Aprel 2021    Oxunub:2077
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ daha "yumşaq" bir Ankaraya üstünlük verərdi.

"Türkiyənin suverenliyi və suveren bir inkişaf kursuna sadiq qalması, ABŞ və NATO üçün narahatlıq yaradan mövzudur. Ərdoğanın inamla Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, çünki onlar "sözəbaxan" bir Türkiyəyə üstünlük verərdilər. Ancaq bu, belə deyil. Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriPeskov   ABŞ   Türkiyə  





Xəbər lenti