Qırğızıstan və Tacikistan atəşkəs elan etdi - YENİLƏNİB

Qırğızıstan və Tacikistan atəşkəs elan etdi -  YENİLƏNİB
  29 Aprel 2021    Oxunub:3878
Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.
Azvision.az TASS-a istinadən xəbər verir ki, razılığa əsasən, bu gün saat 20:00-dan atəşkəs qüvvəyə minəcək. Hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Bundan əlavə, tərəflər ərazidə monitorinq aparılması barədə razılıq əldə ediblər.

***
Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə qarşıdurma yaranıb.

Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, münaqişə Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib.

Məlumata görə, ötən gün axşam saatlarında başlayan insident nəticəsində 1 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb. Hazırda qarşıdurmanın aradan qaldırılması üçün tərəflər arasında danışıqlar aparılır.

Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti