Türkiyədə koronavirusdan ölüm sayı 40 minə çatır

   Türkiyədə koronavirusdan ölüm sayı 40 minə çatır
  30 Aprel 2021    Oxunub:3252
Türkiyədə son sutka ərzində 339 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 37 min 674 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 788 min 700, pandemiya qurbanlarının sayı isə 39 min 737 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 255 min 714 pasiyent (son sutkada 43 min 253 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti