“Nə qədər ki, mən prezidentəm Rusiyaya sanksiya tətbiq olunmayacaq” - Vuçiç

   “Nə qədər ki, mən prezidentəm Rusiyaya sanksiya tətbiq olunmayacaq” -     Vuçiç
  30 Aprel 2021    Oxunub:2378
Serbiya Prezidenti Aleksandr Vuçiç hakimiyyətdə olduğu müddətdə rəsmi Belqradın Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyini bəyan edib.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vuçiç bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Rusiya və Çin vətəndaşlarının "qara siyahı"sına gəlincə, Serbiya bu tədbirlərdə iştirak etməyib. Bu, bizim Rusiya və Çindəki dostlarımıza qarşı düzgün olmazdı. Nə qədər ki, mən prezidentəm Rusiya və Çinə qarşı sanksiya tətbiq olunmayacaq. Mən bunu hər yerdə deyirəm", - deyə Vuçiç bildirib.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Serbiyanı sanksiyalar məsələsində Aİ-ni dəstəkləməyə çağırıb.

Azvision.az



Teqlər: Serbiya   Rusiya   Sanksiya  





Xəbər lenti