Ramazanın 17-cı gününün duası: İmsak və iftar vaxtı

Ramazanın 17-cı gününün duası:    İmsak və iftar vaxtı
  30 Aprel 2021    Oxunub:5264
Sabah Ramazan ayının 17-ci günüdür.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir.

İmsak duası:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Azvision.az


Teqlər: Ramazan   İmsak   İftar  





Xəbər lenti