Azad Rəhimov Bakıya gətirildi? - YENİLƏNİB

 Azad Rəhimov Bakıya gətirildi? -  YENİLƏNİB
  30 Aprel 2021    Oxunub:4354
Gənclər və idman naziri Azad Rəhimovun son durumu açıqlanıb.

Azvision.az -ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib ki, A.Rəhimovun vəziyyəti ağır olaraq qalır: "Hazırda vəziyyəti çox ağırdır".
Bundan əlavə, S.Məmmədova nazirin Bakıya gətirilməsi barədə məlumata da münasibət bildirib. Onun sözlərinə görə, A.Rəhimov hazırda ABŞ-dadır:

"Nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı xəbər yanlışdır. Azad müəllim ABŞ-dadır".

Qeyd edək ki, nazir A.Rəhimov yanvar ayında müalicə olunmaq üçün ABŞ-a gedib. O, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkir.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti