İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi

   İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi
  30 Aprel 2021    Oxunub:3281
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Azvision.az xəbər verir ki, ötən ilin oktyabr ayında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı itkin düşmüş leytenant Yusifov Əli Sülhəddin oğlunun şəhid olduğu müəyyənləşib.
Şəhidin ailəsinə onun nəşinin tapılması barədə məlumat verilib.

Ə.Yusifovun nəşi aprelin 30-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində torpağa tapşırılacaq.

Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti