Sadır Japarov: “Sərhəddə vəziyyət sabitləşib”

 Sadır Japarov: “Sərhəddə vəziyyət sabitləşib”
  30 Aprel 2021    Oxunub:2083
Qırğızıstan- Tacikistan sərhədində vəziyyət sabitləşib.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

“Qırğızıstanın Batken bölgəsində durum sabitləşib, vəziyyət ölkə Prezidentinin nəzarəti altındadır. Batken bölgəsində Qırğızıstanın baş nazirinin birinci müavini Artem Novikovun rəhbərlik etdiyi işçi qrup fəaliyyət göstərir. İşçi qrup artıq münaqişənin həlli üçün bir sıra tədbirlər görüb”, - Prezidentin mesajında deyilir.

Ölkə başçısı vurğulayıb ki, Tacikistanla dövlət sərhədində gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər davam edir. Gərginlik ocağı söndürülüb, vəziyyət danışıqlar yolu ilə həll edilib.

Japarov Tacikistanla sərhəddə silahlı qarşıdurma zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

"Bütün ölkə Batken bölgəsindəki son sərhəd hadisələri nəticəsində itkilərə görə kədər içindədir. Yaralıların tezliklə sağalmasını diləyirəm. Dövlət bütün zərərçəkənlərə hərtərəfli dəstək verəcək".

Qırğızıstan tərəfinin verdiyi son məlumatlara görə, dünən Tacikistanla sərhəddəki silahlı münaqişə nəticəsində 13 nəfər öldürülüb, ümumilikdə 134 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti