Şəhid Xudayarı təhqir edəni döyənlər tapıldı - RƏSMİ

 Şəhid Xudayarı təhqir edəni döyənlər tapıldı -   RƏSMİ
  30 Aprel 2021    Oxunub:2360
Sosial şəbəkə fəalı Fuad Rəsulzadənin döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Polkovnik deyib ki, sözügedən hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra nazirlik tərəfindən müvafiq araşdırma aparılıb:
“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkədə Fuad Rəsulzadə adlı şəxsin döyülməsini əks etdirən görüntülər yayılıb. Onun döyülməsinə səbəb bir müddət əvvəl şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti