“Bu, Azad Rəhimovun ailəsinə çox pis təsir edir” - Səmayə Məmmədova

 “Bu, Azad Rəhimovun ailəsinə çox pis təsir edir” -    Səmayə Məmmədova
  30 Aprel 2021    Oxunub:3981
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova media nümayəndələrinə müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir.

"Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyalar yayıb çaşqınlıq yaratmayın. Bu, onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam".

Qeyd edək ki, nazir A.Rəhimov yanvar ayında müalicə olunmaq üçün ABŞ-a gedib. O, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkir.

Azvision.az


Teqlər: Gənclər   İdman   Nazirlik   Səmayə-Məmmədova  





Xəbər lenti