“Hərbi əsirlərin mübadiləsi başa çatdırılıb” - XİN başçısı

“Hərbi əsirlərin mübadiləsi başa çatdırılıb” -  XİN başçısı
  30 Aprel 2021    Oxunub:3330
Qarşı tərəfin iddialarına əsasən Azərbaycanda saxlanılan hərbçilər barədə məsələ bir daha ətraflı olaraq litvalı həmkarımın diqqətinə çatdırıldı. Baxmayaraq ki, Azərbaycan bu barədə beynəlxalq təşkilatlara, bütün maraqlı tərəflərə məlumat verib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Gabrielius Landsbergis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramovun sözlərinə görə, həmkarına Azərbaycanın üçtərəfli bəyanat çərçivəsində bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirdiyi barədə məlumat verilib.

"Noyabr ayının sonunda hərbi əsirlərin mübadiləsi başa çatdırıldı. Bundan sonra dekabr ayının sonunda qanunsuz olaraq Azərbaycan ərazilərinə göndərilmiş Ermənistan hərbçiləri cinayətlər törətmişdilər. Azərbaycan tərəfinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində onların bir qismi zərərsizləşdirildi, 62 nəfər tutuldu. Hadisə ilə bağlı cinayət-istintaq tədbirləri davam edir. Onların əməllərinə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq qiymət veriləcək. Onlar hamısı Ermənistan vətəndaşlarıdır", -deyə XİN başçısı vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti