“Azərbaycan regionda ən böyük ticarət tərəfdaşımızdır” - Litvalı nazir

 “Azərbaycan regionda ən böyük ticarət tərəfdaşımızdır” -  Litvalı nazir
  30 Aprel 2021    Oxunub:3411
Azərbaycan regionda Litvanın ən böyük ticarət tərəfdaşıdır. Lakin bu əməkdaşlığı genişləndirmək mümkündür.
Azvision.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq. Eyni zamanda, Avropa İttifaqının Azərbaycanla daha yaxından əməkdaşlığını görmək istərdik. Tək iqtisadi deyil, siyasi sahədə də bunun dərinləşməsini görmək istərdik", - deyə XİN rəhbəri vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Litva   XİN  





Xəbər lenti