Nazirdən Ermənistana çağırış: “Gələcəyə baxmaq lazımdır”

 Nazirdən Ermənistana çağırış:  “Gələcəyə baxmaq lazımdır”
  30 Aprel 2021    Oxunub:2585
Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. Faşist Qaregin Nijdenin və terrorçuların heykəlini İrəvanın mərkəzində qoyanda bu fəlsəfənin acı nəticəsini hər kəs bilməli idi.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.

Nazir Ermənistanda dözümsüzlük, nifrət zəminində çıxışların və çağırışların sayının həddən artıq çox olduğunu bildirib.

C.Bayramov ermənilərin xaricdə Azərbaycan diasporuna, diplomatik nümayəndəliklərə qarşı hücumlar etdiklərini, təhqiramiz və radikal hərəkətlərə yol verdiklərini söyləyib. Belə aksiyalardan biri Los-Ancelesdə olub. Həmin aksiyada Los-Ancelesin mərkəzində radikal ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla yandırıblar.

"Bu, cinayət əməlidir və bunu törədənlər cəzalandırılmalıdır. Biz ermənilərin bu cür radikal və cinayət əməllərini qətiyyətlə pisləyirik”.

C.Bayramov, Ermənistanda Holokost abidəsinə, Mahatma Qandinin heykəlinə qarşı törədilən vandalizm aktlarına da diqqət çəkib: "Erməni xalqı bu ideologiyadan nə qədər tez əl çəksə, onların özləri üçün də bir o qədər yaxşı olacaq. Gələcəyə baxmaq lazımdır. Erməni xalqı bunu nə qədər tez anlasa, bu, regional inkişaf, sülh və stabillik üçün yaxşı olar”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti