Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

   Yağış yağacaq, dolu düşəcək -    Xəbərdarlıq
  30 Aprel 2021    Oxunub:2857
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.
Xidmətdən Azvision.az -a bildirilib ki, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti