Xanlar Vəliyev: "Ötən il hərbi cinayətlər 36,1 faiz azalıb"

  30 Aprel 2021    Oxunub : 1613
      Xanlar Vəliyev:    "Ötən il hərbi cinayətlər 36,1 faiz azalıb"
2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 36,1% azalıb.
Azvision.az xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

General bildirib ki, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb:

"Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%, qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb. Cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcəkdir".

Azvision.az

Teqlər: Hərbi   Prokurorluq