Sağalanların sayı yoluxanlardan çoxdur - Bu günün statistikası

 Sağalanların sayı yoluxanlardan çoxdur -  Bu günün statistikası
  30 Aprel 2021    Oxunub:4782
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 2162 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4517 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 25 132 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, ötən müddət ərzində isə ümumilikdə 3 241 186 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti