Əfqanıstanda partlayış olub, 30 nəfər ölüb

Əfqanıstanda partlayış olub,  30 nəfər ölüb
  01 May 2021    Oxunub:1948
Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində baş verib.

Partlayış zamanı ən azı 30 nəfər həlak olub, 60-dan çox insan xəsarət alıb. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti