Rusiya əhalisinin neçə faizi Putinə inanır?

 Rusiya əhalisinin neçə faizi Putinə inanır?
  01 May 2021    Oxunub:3394
Rusiya Prezidenti Vladimir Putinə ölkə əhalisinin 66,9%-i etibar edir.
Azvision.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticəsində qeyd olunub.

Sorğuda iştirak edənlərin 70 faizə yaxını Putinə inandığını deyib, 28,8% faizi isə ona inanmadıqlarını bildirib.

Qeyd edək ki, aprelin 19-dan 25-dək keçirilən sorğuda 18 yaşdan yuxarı Rusiya vətəndaşları iştirak ediblər.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi 2018-ci ilin iyunun 18-dən indiyədək gündəlik 1,6 min respondenti sorğuya cəlb edib. Sorğu təsadüfi seçim əsasında sabit və mobil telefonlarla müsahibəsi yolu ilə aparılır. Sorğunun doğruluq ehtimalı 95 faizdir.

Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti