“Baydenin 24 aprel açıqlamasının hüquqi nəticələri yoxdur” - ABŞ Dövlət Departamenti

 “Baydenin 24 aprel açıqlamasının hüquqi nəticələri yoxdur” -    ABŞ Dövlət Departamenti
  01 May 2021    Oxunub:4801
ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırımı" olaraq xarakterizə etdiyi açıqlamanın məqsədi Birləşmiş Ştatların məhkəmələri qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək olmayıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Baydenin 24 aprel bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı suala cavab olaraq Dövlət Departamentindən bildirilib: "Prezidentin son açıqlaması "Xarici Dövlətlərinin İmmuniteti haqqına" qanunla tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb".

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələri ilə bağlı çıxışında "erməni soyqırımı" ifadəsini işlədib.

Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti