Serj Sarkisyan: “Özümü günahkar sayıram”

   Serj Sarkisyan:  “Özümü günahkar sayıram”
  01 May 2021    Oxunub:5554
"Özümü Nikol Paşinyanın hakimiyyətə gəlməsinə görə günahkar hesab edirəm".

Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

Sarkisyan, həmçinin bildirib ki, onun dövründə olduğu kimi çevrilişlə iqtidara yiyələnən Nikol Paşinyanın hakimiyyəti zamanı da korrupsiya var:
"Bəli, çatışmazlıqlarımız var idi. Əgər ölkə rəhbəri çatışmazlıqların olmadığını desə, təəccüblənərəm. Ola bilsin, bunu diktator deyər. Hazırkı hökumətin çatışmazlığı yoxdurmu? Kim deyir ki, bizim dövrümüzdə korrupsiya yox idi? Yaxud da indi korrupsiya yoxdur, hə? İndi baş nazir postunu tutan şəxsin bütün qohumları, vəfat edənlərdən tutmuş yaxın qohumlara qədər hər kəs dövlət vəzifələrini tutur. Onların hər biri qohumuna iş tapmağa çalışır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Paşinyan   Qohum  





Xəbər lenti