“Pandemiya və müharibə ölkəmizdə problemlər yaratdı”- Paşinyan
"Yalnız gündəlik əmək, hər bir vətəndaşın fərdi səyləri və yaradıcı potensialının reallaşdırılması ilə bu problemləri həll edə bilərik. 2020-ci il böhranı müstəqilliyi qazandığımızdan bəri həllində səhlənkarlıq göstərdiyimiz bütün problemləri ortaya qoydu",- deyə Paşinyan bildirib.
O qeyd edib ki, bu problemləri istər obyektiv, istərsə də subyektiv səbəblərdən ciddi qəbul etməyiblər. Paşinyan, həmçinin hesab edir ki, erməni xalqı arzusunda olduğu dövləti qurmağı bacaracaq: "Birlikdə bu hədəfin reallaşmasına doğru getməliyik, qamətimizi düzəltməliyik, gücümüzə inanmalı və zəhmətimizlə güclü, inkişaf etmiş dövlət qurmalıyıq".
Xatırladaq ki, Ermənistanda ənənəvi olaraq 1 may Əmək Günü kimi qeyd edilir.
Tural Tağıyev
Azvision.az