Çində təbii fəlakət: Ölənlər və xeyli yaralı var - VİDEO

  Çində təbii fəlakət:  Ölənlər və xeyli yaralı var -  VİDEO
  01 May 2021    Oxunub:4166
Çinin Jiangsu əyalətinin Nantun şəhərində təbii fəlakət baş verib.
Azvision.az xəbər verir ki, yerli hökumət nümayəndələrinin verdiyi məlumata görə, güclü qasırğa nəticəsində 11 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bundan əlavə, xeyli sayda ev, elektrik xətti və avtomobilə ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazidən 3050 nəfər təcili təxliyə edilib.

Güclü külək səbəbiylə balıqçı qayıqları da aşıb. 11 nəfərin sularda itkin düşdüyü bildirilir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Çin   Qasırğa  





Xəbər lenti